TOP 10

Ufuk Budak oynadı, komandası xal itirdi

Dünya Futbolu
Tarix: 2019-02-11 10:30

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Afyonspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.


Ufuk da bu oyunun iştirakçısı olub. Start heyətdə çıxan Budak sonadək mübarizə aparıb.


“Boluspor” hazırda 32 xalla 18 iştirakçı arasında 8-ci pillədədi.

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB