TOP 10

İsrafilovlu “Alkorkon” doğma meydanda uduzdu

Dünya Futbolu
Tarix: 2019-02-11 10:00

Futbol üzrə İspaniya Sequndasında 25-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv doğma meydanda “Kadis”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 1:2.


İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


Hazırda 38 xala malik “Alkorkon” 22 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB