TOP 10

Aysel Əhədova Dünya Kubokunda çıxışını başa vurub

Digər
Tarix: 2019-02-10 23:00

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Sport24.az xəbər verir ki, turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb.

 

Milli komandamızın üzvü Aysel Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qalib gəlməklə pley-offa vəsiqə qazanıb. 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gələn Aysel növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Əhədova yekun sıralamada 63-cü sırada qərarlaşıb.

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB