TOP 10

Badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub

Digər
Tarix: 2019-02-10 21:13

Bu gün 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2007-2008 təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, fevralın 7-də start götürən yarışda 34 qız və 40 oğlan yarışıb.

 

Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib

 

.Şəxsi oğlanlar: 1.Məhəmmədəli Bayramov, 2.Sərxan Bağırov, 3.Murad İbrahimli.

 

Şəxsi qızlar: 1.Fatimə Əşrəfova, 2.Aysu Ələkbərova, 3.Həcər Nuriyeva.

 

Qoşa oğlanlar: 1.Sərxan Bağırov - Məhəmmədəli Bayramov, 2.Bağır İsmayılov - Rəşad Allahverdiyev, 3.Murad İbrahimli - Məhəmməd Yolçiyev.

 

Qoşa qızlar: 1.Fatimə Əşrəfova - Aysu Ələkbərova, 2.Nigar Səmədova - Əminə İsmayılova, 3.Həcər Nuriyeva - İntizar Mustafayeva.

 

Qarışıq - qoşa: 1.Həcər Nuriyeva - Sərxan Bağırov, 2.Fatimə Əşrəfova - Bağır İsmayılov, 3.Nigar Səmədova - Məhəmmədəli Bayramov.

 

Qaliblər diplom və medal təltif olunublar.

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB