TOP 10

Nazarovun komandası autsayderə məğlub oldu

Dünya Futbolu
Tarix: 2019-02-10 20:59

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 

Sözügedən klub doğma meydanda çempionatın aşkar autsayderi “İnqolştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.


Nazarov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


“Ersgebirge” hazırda 22 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB