TOP 10

Dedov "Səbail" üzərində qələbənin əhəmiyyətini şərh etdi: "Bu sual mənə aid deyil..."

Futbol
Tarix: 2019-02-10 20:45

"Zirə" qış fasiləsindən sonra evdə "Sabah"dan 0:2 hesablı məğlubiyyət aldısa, bu gün 2 cavabsız qolla özü qələbə qazandı. Bu, "Səbail"i "Bayıl Arena"da yendiyi qarşılaşma oldu. Görüşdən sonra "qartallar"ın moldovalı legioneri Aleksandr Dedov Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Bu qələbəylə turnir cədvəlində son pilləni tərk edə bildiniz. Görüşü necə dəyərləndirərdin?

- Əlbəttə, çətin qarşılaşma oldu. Bizə həm də turnir cədvəlində son pillədə olmağımız təzyiq yaradır. Buna görə də indi bizə nəticə vacibdi. Çox şadam ki, qalib gəldik. Komandamı təbrik edirəm ki, bu gün məhz nəticəni əldə etdik.

 

- Qələbə qazansanız da, rəqibə çoxsaylı qol şansları verdiniz. Bu, sizi narahat etmir?

- Bizim də çox oyunlarımız olub ki, yüz şansımız vardı, ancaq qol vura bilmirdik və həmin qarşılaşmaları uduzurduq. Futbol belədi, nə vaxtsa bəxt sənin üzünə gülməli idi. Bu gün də belə oldu. 

 

- Növbəti turda lider "Neftçi"ni qəbul edəcəksiniz. Bu oyunla həm bu qarşılaşmada, həm də çempionatda nəyə ümid edirsiniz?

- Növbəti görüş artıq yeni səhifədi. "Neftçi"ni təhlil edərək başqa cür hazırlaşacağıq. Buna görə də indi bir şey demək çətindi. Rəqibi təhlil edəndən sonra biləcəyik ki, ona qarşı necə hazırlaşacağıq. 

 

- Belə söz-söhbət gəzir ki, baş məşqçiniz Samir Abasovla futbolçular yola getmir...

- Bu sual mənə aid deyil.

 

- Ümumiyyətlə, bu haqda fikirlərin maraqlıdı...

- Gördünüz ki, komandamız bir kollektivdi. Futbolçularımız meydanda bir-birinin arxasında duraraq qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışırlar. Qalan hər şey normaldı.

 

 

CEYHUN ƏLİYEV

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB