TOP 10

Sansone "Neftçi"yə transferinin İtaliyada böyük səs-küy yaratdığını açıqladı: "Bura gəlməklə geriyə doğru atmamışam"

Futbol
Tarix: 2019-02-10 17:30

"Neftçi"nin yeni transferi Canluka Sansone Azərbaycan Premyer Liqasının XVI turunda "Keşlə" ilə matçda debüt edərək Azərbaycan çempionatları tarixində oynayan ilk italiyalı futbolçu kimi tarixə düşüb. Sport24.az xəbər verir ki, 31 yaşlı hücumçu matçdan sonra keçirdiyi brifinqdə əvvəlcə təəssüratlarını bölüşüb.

 

- Gözlədiyim kimi, yaxşı qarşılandım. İstədim ki, özümü yaxşı tərəfdən göstərim. Bu gün yaxşı oyun nümayiş etdirdik və qələbə qazandıq.

 

- Meydana daxil olanda fəal idin. Tez uyğunlaşmısan, yoxsa b,  təcrübəndən irəli gəlir?

- Komanda ilə birgə məşq etdiyim üçün futbolçuları artıq tanıyıram. Ona görə də bir-birimizi yaxşı başa düşürük. Onu deyim ki, növbəti matçlarda bir-birimizi daha yaxşı başa düşəcəyik.

 

- Özünü əsas heyətdə görürsən?

- Bu sual baş məşqçiyə ünvanlanmalıdı. Biz futbolçular məşqimizi edirik, son qərarı isə baş məşqçi verir. Mənim üçün çox fərq etmir ki, əsas eyətdə oyun başlayım və ya oyuna sonradan qoşulum. Əsas odur ki, daim hazır vəziyyətdə olum, komandaya fayda verim.

 

- İtaliya A Seriyasında çıxış etmiş futbolçu kimi Azərbaycana gəlməyi geriyə addım kimi hesab etmirsən?

- Yox. Deyərdim ki, geriyə addım atmamışam. Azərbaycan çempionatı irəli gedir və güclü çempionatlardan təcrübə toplayır. 

 

- İtaliya mətbuatı ən qəribə üç transferi açıqlayıb. Sənin “Neftçi”yə gəlməyin də bu siyahıdadı...

- Ola bilsin ki, bunu belə adlandırıblar. Azərbaycan Premyer Liqasında oynamış ilk italiyalı futbolçuyam. Buna görə də böyük səs-küy yaranıb. Hər yayılan xəbərin neqativ və pozitiv tərəfləri olur. Nunu pozitiv qarşılayıram.

 

- Çempionluq mübarizəsi barədə necə düşünürsən?

- Hər oyun bizim üçün vacibdi. Liderik və ən yaxın izləyimizdən 3 xal öndəyik. Çalışacağıq ki, hər oyun qalib gələk və xal fərqini qoruyaq.

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB