TOP 10

Tərlan Əhmədov "Keşlə"nin uğursuzluğunun əsas səbəbini göstərdi: "Futbolçular həmin xofla oynayırlar"

Futbol
Tarix: 2019-02-10 16:29

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi”yə səfərdə 0:2 hesabıyla uduzqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb.


- Maraqlı oyun alındı. Qarşılaşmaya əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi. Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslarımızdan istifadə edə bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm.

 

- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa...?
- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda uduzduq Bəlkə də, futbolçuların özünə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç ümumiyyətlə komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdü.

 

- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?
- Artıq vaxtımız yoxdu. Mayın sonuna qədər 12 turda nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.

 

- Klubda maliyyə problemləri olduğu deyilir...
- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündü.



- Start heyətdə 5 legioner vardı, yanınızda ad 4 əcnəbi oturmuşduDeyirsiz ki, futbolçularda özünəinam yoxdu. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdı. Onları bura kim gətirməyin məsuliyyəti kimdədi?
- 4 futbolçu transfer etmişik. 3-ü legionerdi, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldə məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. Keçmiş futbolçuların psixologiyası istər-sitəməz yeni gələnlərə də təsir edir. Futbolçuları bura kimin gətirməyinin fərqi yoxdu. Yeni gələnləri bütün məşqçilər korpusu bəyənib.

 

- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdı: hazırlıq, maliyyə və psixoloji. Əsas problem nədi?
- Dedik ki, maliyyə barədə problem yoxdu, azırlıq da normaldı. Sadəcə, psixoloji cəhətdən çətinlik var. Məğlubiyyətə öyrəşən komandanı vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin xofla oynayırlar.

 

- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?
- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli futbolçu gedib. Bəlkə də, onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.

 

- Mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?
- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid onda ölür. Çalışacağıq ki, komandanı "qara zolaq"dan çıxaraq.

 

- Emin Mehdiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimdədi
- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Buna məxsul insanlar. var. Emin də məsuliyyətli olmalıdı. Eçitdiyimə görə deyib ki, "Qaradağ Lpkbatan" mayda oynamışam, Ancaq bu mövsüm 2 matmda oynayaraq Türkiyəyə gedib. Belə problemlər həmişə yaşana bilir. Kimisə günahlandırmaq mənasızdı. Emin yaxşı formadadı, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.

 

- "Keşlə"nin rəhbvəri Zaur Axundov deyib ki, PFL icazə versə, "texniki zona"da əyləşəcək. Bu müraciətə müsbət cavab gəslə, sizə əlavə təzyiq yaratmayacaq ki?
- Mənim üçün heç bir gərginlik yoxdu. Klubun prezidentidi. Bu gün də görürsüz ki, gərginlik yoxdu. Heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, deməli, oturmalıdı.

 

 

MEHMAN SÜLEYMANOV

 

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB