TOP 10

Bordin "Qarabağ"ın qələbəsindən sonra üzərlərində olan təzyiqdən söz açdı: "2:0-la kifayətlənmək istəmirdik"

Futbol
Tarix: 2019-02-10 16:34

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XVI tyurunda "Keşlə"ni evdə 2:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfarnsı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əəvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Oyun elə də asan alınmadı. Rəqib demək olar bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bunun birindən də Emin Mahmudov çox gözəl yararlanaraq qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz olduq. Qoldan sonra da çoxsaylı qol epizodları yaratdıq. Əlbəttə,  müdafiədə də boşluqlarımız oldu. Ancaq Səlahət Ağayev qapımızın toxunulmazlığını yaxşı qorudu. 2:0-la da kifayətlənmək istəmirdik. Daha çox qol imkanlarımız vardı. Dabo və Sansone də fərqlənə bilərdi.

 

- Bu gün debüt edən həmyerliniz Canluka Sansone meydanda olduğu müddətdə sizə əsas verdimi ki, sonrakı matçlarda daha tez buraxasınız?

- Onun son vaxtlar oyun praktikası yox idi. Yalnız məşqlər edirdi. Oyun ritmini tutması üçün hələ vaxt lazımdı. Sansoneni yaxşı tanıyıram, İtaliya çempionatından gəlib. Ona vaxt lazımdı ki, komandaya uyğunlaşsın.

 

- Platellas rotasiyalarda özünü necə göstərir? Baş məşqçi kimi ondan istədiyini ala bilirsiniz?

- Əlbəttə, o, həm hücumda, həm də müdafiədə bizə çox kömək edir. Platellasdan çox razıyam. Bütün komandamı təbrik edirəm. "Qarabağ"ın dünənki qələbəsindən sonra üzərimizdə təzyiq vardı. Buna görə bizə asan qarşılaşma olmayacaqdı. 

 

- "Neftçi"nin "Qarabağ"la çempionluq mübarizəsində başabaş oynaması üçün hansı mövqelərdə güclənməsinə ehtiyac var?

- Oyunçu çatışmazlığımız vardı, ona görə taktikanı dəyişməli olurduq. Ancaq oyunumuzdan razıyam. Qarşılaşmanın gedişatında hətta 2 hücumçu ilə oynamalı olduq. 

 

- Rəhman Hacıyevin qış fasiləsindən sonra oynamaması tam hazır olmamasıyla bağlıdı, yoxsa taktiki planla?

- Deməzdim kİ, Rəhman hansısa oyunçudan geri qalır. Hər bir rəqibə uyğun taktika seçirik. Rəhmanın heç bir problemi yoxdu.

 

- Mirabdulla Abbasov qışadək Azərbaycan futbolunun ulduzu idi. Ancaq sanki qış fasiləsindən sonra oyununda geriləmə hiss olunur...

- Belə deməzdim. Bugünkü oyunda ilk qol vəziyyətindən istifadə edə bilmədi. Buna baxmayaraq, Mirabdullanın komandaya xeyri dəydi. Fasiləən sonra da eyni cür çalışır.

 

- Yayda "Neftçi"yə təyinatınız zamanı bildirmişdiz ki, transferlərə qarışmırsınız. Qışda bəs necə oldu?

- Elə dediyimi xatırlamıram. 

 

 

MEHMAN SÜLEYMANOV

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB