TOP 10

"Bakcell Arena"da tarixi debüt

Futbol
Tarix: 2019-02-10 15:48

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatında tarixi olay gerçəkləşib. Sport24.az xəbər verir ki, Premyer Liqamızda italiyalı futbolu debüt edib.

 

Bu, "Neftçi"nin heyətində Canluka Sansone olub. 31 yaşlı hücumçu "Keşlə"ylə hazırda "Bakcell Arena"da keçirilən matçın 82-ci dəqiqəsində yunanıstanlı Vangelis Platellasın yerinə meydana çıxıb.

 

Bununla da milli çempionatımızda futbolçu kimi 85-ci ölkə debüt edib. Bunadək yeni debüt ötən tur "Zirə"nin qış transferi Mpho Kqasvanenin təmsil etdiyi Botsvanayla reallaşmışdı.

 

Qeyd edək ki, "Neftçi"  ötən yay baş məşqçi postuna Roberto Bordini gətirməklə milli çempionatımızda ilk italiyalı baş məşqçisi olmasını da reallaşdırıb.  

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB