TOP 10

“Azərbaycanla Ermənistanın bir-biri ilə oynamaması müsbət hal deyil”

Futbol
Tarix: 2019-02-10 15:16

Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi Aleksandr Xatskeviç bu ölkənin mətbuatına müsahibəsində siyasətin idmana müdaxiləsindən danışıb. Sport24.az xəbər verir ki, belaruslu mütəxəssis bundan narahatlığını ifadə edib:


“Bir çox ölkələrin müharibə şəraitində yaşamaları məni narahat edir. Ukrayna və Suriyada müharibə gedir. Hamı kiminləsə münaqişədədi. Dinlərin mübarizəsi gedir. Belə halların futbolda da əksini tapması üzündən bir ölkə digəri ilə oynaya bilmir. Azərbaycan Ermənistanla, Ukrayna Rusiya ilə nə avrokuboklar, nə də yığma səviyyəsində üz-üzə gələ bilir. Bunun idman üçün müsbət hal olmadığı dəqiqdi”.

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB