TOP 10

PSJ forvardını itirdi

Dünya Futbolu
Tarix: 2019-02-10 13:00

Fransa çempionu PSJ ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Edinson Kavani zədələnib.


Fransa çempionatının 24-cü turunun "Bordo" ilə matçının (1:0) ilk hissəsinin sonlarında bud nahiyyəsindən xəsarət alan uruqvaylı futbolçu oyunu davam etdirə bilməyib və Kilian Mbappe ilə əvəzlənib.


Hələlik 31 yaşlı forvardın son durumu ilə bağlı klubdan məumat verilməyib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"lə oyununda iştirak edib-etməyəcəyi sual altındadı.


Qeyd edək ki, "Mançester Yunayted" - PSJ oyunu fevralın 12-də keçiriləcək.

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB