TOP 10

"Qəbələ"nin legioneri nokdauna düşməsindən danışdı, Rauf Əliyevə söz atdı: "Çempionatınız çox xoşuma gəlir"

Futbol
Tarix: 2019-02-10 12:10

"Qəbələ"nin qış fasiləsində transfer etdiyi yeganə legioner olan Davit Volkov hər 2 matçda start heyətdə şans qazanıb. Gürcü vinger hesabat turunda "Sabah"la "Əlincə Arena"dakı matçda 77-ci dəqiqədə məcburiyyətdən əvəzlənməli olub. Belə ki, rəqiblə toqquşmadan sonra Davit həkimlərin köməyi ilə meydanı tərk edib. Volkov oyundan sonra Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Matçın sonuna yaxın zədələnərək əvəzlənməli oldun. Vəziyyətin necədi? Ümumiyyətlə, həmin epizodu necə xatırlayırsan?

- Fikrimcə, elə ciddi xəsarət olmamalıdı. Rəqibin baş zərbəsi çənəmə dəydi. 

 

- Oynamaq istəyirdin, yoxsa həkimlər mübarizəni davam etdirməyinə icazə vermədi?

- Zərbədən sonra nokdaunda idim. 

 

- Ancaq həkimlərlə birgə sərbəst gəzərək ehtiyat oyunçular skamyasına gəldin...

- Heç nə xatırlamıram. Paltardəyişmə otağında hafizəm yerinə gəldi. Buna qədər olan yadımda deyil. 

 

- "Sabah"a 1:0 hesabıyla qalib gəldiyiniz matçı necə dəyərləndirərdin?

- Ən əsası, qələbə qazandıq. İstəyirdik  ki, səfərdən 3 xalla qayıtdı. Bunun üçün meydanda hər şeyi etdik. Yaxşı oynadıq və qalib gəldik. Hər şey bizim üçün müsbət alındı. 

 

- Çox aktiv oynayırdın. Ancaq komanda yoldaşın Rauf Əliyev bizə müsahibəsində ötürmə verməməyindən gileyləndi. Dedi ki, bu, bir neçə dəfə baş verdi...

- (gülür) Belə dedi? Mən də ona ötürmə verdim, ancaq qol vurmadı. Təbii ki, zarafat edirəm (gülür).

 

- Artıq "Qəbələ"nin heyətində 2 rəsmi oyuna çıxmısan. Yeni komandana tam uyğunlaşmısan? Premyer Liqamıza necə qiymət verərdin?

- Bu çempionat çox xoşuma gəlir. Burda çox qaçırlar, oyunlar sürətli keçir. Çox yaxşı çempionatdı. Burda çıxış etməyim mənim üçün yaxşıdı. 

 

- Debüt matçında sol, bu dəfə sağ vinger oynadın. Yarımmüdafiənin hansı cinahında çıxış etmək sənə daha rahatdı?

- Mənim üçün önəmli deyil. Elə bir fərqi yoxdu ki, hansı cinahda yer alıram. Baş məşqçi hara qoysa, orda da oynayaram

 

- Bu qələbədən sonra bir pillə irəliyərək 4-cü yerə qalxdınız. Səncə, "Qəbələ"nin potensialı ən uzağı 3-cü yeri qazanmağa imkan verir?

- Minimim 3-cü yerə.

 

- "Qarabağ" və "Neftçi" kimi favoritlərlə mübarizədə 2-ci yeri tuta bilərsiniz?

- Necə olacağını görəcəyik. Qalan matçların hamısını udmaq istəyirik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB