TOP 10

"Qarabağ" "Sumqayıt"ın futbolçusunun köməyinə biganə qalmadı - FOTO

Futbol
Tarix: 2019-02-10 10:00

"Qarabağ" "Sumqayıt"ın futbolçusu Rail Məlikova təşəkkür edib.  Sport24.az xəbər verir ki, Ağdam klubu təcrübəli müdafiəçinin  Azərbaycan Premyer Liqasının XVI turunda Sumqayıtdakı matçındakı davranışına biganə qalmayıb. 

 

Belə ki, "Qarabağ" "Facebook" hesabı vasitəsilə dünənki keçirilən qarşılaşmada Məlikovun "atlılar"ın lehinə olan epizodla bağlı doğru qərar qəbul edməkdə baş hakimə kömək etdiyinə görə minnətdarlığı bildirib. "Kapital Bank Arena"dakı oyunun 20-ci dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top "Sumqayıt"ın qapısından keçsə də, tor deşik olduğundan çölə çıxıb. Bundan sonra qərarsız qalan matçın baş hakimi Orxan Məmmədova doğru qərar verməkdə Rail kömək edib. Məhz o, topun qapıdan keçdiyini söyləyib. 

 

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsiylə başa çatıb. 

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB