TOP 10

Dəniz Yılmaz oynamadı, komandası yenə uduzdu

Dünya Futbolu
Tarix: 2019-02-10 09:35

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.


Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


“Gənclərbirliyi” növbəti məğlubiyyətin ardından hazırda 41 xalla 18 kollektiv arasında 3-cüdü.

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB