TOP 10

“Neftçi"dən bu ilk ilk qələbə, "Zirə" son pilləni "Keşlə"yə təhvil verdi

Futbol
Tarix: 2019-02-10 18:29

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.


Öncə lider “Neftçi” “Keşlə”ni qəbul edib. "Ağ-qaralar" həmşəhərlilərini kapitanı Emin Mahmudovun dubluyla yenib. Bu, "Neftçi"nin 2019-cu ildə ilk rəsmi qələbəsi olub. 


Turun qapanış matçında isə “Səbail” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qlaib komanda 2:0 hesablı qələbəyə sevinib. Sadəcə, "Bayıl Arena"da qonaqlar 3 xal qazanan tərəf olub. "Zirə" bu qələbəylə son pilləni "Keşlə"yə təhvil verib.


Xatırladaq ki, ötən gün keçirilən oyunlarda “Sabah” “Qəbələ”yə 0:1, “Sumqayıt” isə “Qarabağ”a 0:2 hesabıyla uduzub. 


Azərbaycan Premyer Liqası
16-cı tur

10 fevral


“Neftçi” – “Keşlə” - 2:0

Qol: E.Mahmudov, 35, 69-pen

"Neftçi": 1. Səlahət Ağayev, 18. Tural Axundov, 25. Kiril Petrov, 3. Mamadu Mbodj, 26. Ömər Buludov, 6. Qoran Paratski, 93. Soni Mustivar, 8. Emin Mahmudov (k), 11. Vangelis Platellas, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov

 

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 36. Mamadu Kane, 16. Canluka Sansone, 77. Elvin Sərkərov, 70. Əli Şirinov, 95. Rəhman Daşdəmirov

 

Baş məşqçi: Roberto Bordin

 

"Keşlə": 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 2. Sərtan Taşqın, 22. Nikola Mitroviç, 25. Con Kamara, 21. Luis Angelo Pena, 11. Vüsal İsgəndərli, 14. Andre Klennon

 

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 17. Samir Məsimov, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 34. Qədir Bayramlı, 95. Cavid Əliyev, 90. Orxan Fərəcov

 

Baş məşqçi: Tərlan Əhmədov
 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Bakı. 8-ci km stadionu. 14:00.


“Səbail” – “Zirə” 0:2

Qollar: X.S.Rodriqes, 2. S.Tounkara, 90+4

Qırmızı vərəqə: E.Yunuszadə, 81 (2-ci sarı)


Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Nail Nağıyev
Bakı. “Bayıl Arena”, 16:30.


Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 85. Kamal Bayramov (k), 39. Sadiq Quliyev, 88. Tellur Mütəllimov, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 18. Xulio Sezar Rodriqes, 38. İlkin Muradov, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 77. Mirsahib Abbasov, 10. Sadio Tounkara, 23. Mfo Kqasvane, 17. Robin Nqalande, 20. Fofana İsmael, 3. Budaq Nəsirov.
Baş məşqçi: Samir Abasov.

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB