TOP 10

Slavçev Stoiçkovu Bakıya dəvət edəcək, "Qarabağ"ın formasını hədiyyə verəcək: "Klubumuzda maliyyə problemi yoxdu"

Futbol
Tarix: 2019-02-09 22:06

"Qarabağ"ın futbolçusu Simeon Slavçev səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi digər sualları da cavablandırıb.

 

- Xarakter göstərdik, iki qol vurduq, bu da bizə 3 xal üçün kifayət etdi. Əsas odur ki, qol buraxmadıq.

 

- Qol epizodunda baş hakim bir az tərəddüd etdi. Həmin an fikirləşirdinizmi ki, birdən qol sayılmaz?
- Bəlkə də həmin qol sayılmasaydı, 2-dən artıq top vuracaqdıq. Amma baş hakimi də qınamaq olmaz. Əsas odur ki, sonda doğru qərar verildi.


- Riçard Almeydanın gəlişindən sonra start heyətindəki yerini itirdiyini düşünmürsən?
- Hər zaman çalışıram ki, əlimdən gələni edim. Amma bu, taktika və strategiya ilə əlaqəli qərarlardı. Baş məşqçi belə düşünürsə, hörmət edirəm. Bu gün özünüz də gördünüz ki, meydanda var gücümlə mübarizə aparırdım.

 

- Özünü “Qarabağ”da xoşbəxt hiss edirsən?
- Hər qələbədən sonra özümü daha xoşbəxt hiss edirəm. Çempion olsaq, lap xoşbəxt olacağam.


- Burada əsas heyətə düşə bilməsən, Bolqarıstan millisinə dəvət olunmayacağından çəkinmirsən?
- Daim meydanda olmaq üçün hər şey edirəm. Milli komandanın baş məşqçisi də bunu bilir.


- Sosial şəbəkədə görmüşdük ki, “Sportinq”də oynayarkən formanı Bolqarıstan futbolunun əfsanəsi Xristo Stoiçkova vermişdin. Bəs “Qarabağ” formasını necə, kiməsə vermisən?
- Çalışacağam ki, Stoiçkovu bura dəvət edim və matçımızı izləsin. Gələn dəfə görüşəndə isə mütləq “Qarabağ” forması hədiyyə edəcəyəm.


- “Neftçi” ilə xallarınız ən azı bir günlük bərabərləşdi. Necə düşünürsüz, flaqmanı keçə biləcəksiniz?
- Mən rəqibin xalı ilə maraqlanmıram. Bütün oyunları udsaq, biz çempion olacağıq.

 

- Əvvəllər Azərbaycanda bolqarıstanlı futbolçuların sayı çox olub, indi isə təkcə sənsən. Necə düşünürsən, una səbəb maliyyə problemləridi?
- O biri klublar haqqında nəsə deyə bilmərəm, amma “Qarabağ”da maliyyə problemi yoxdu. Millidə olarkən hamıya bu haqda danışıram. Niyə gəlmirlər, bunu bilmirəm.

 

 

CEYHUN ƏLİYEV

 

 

 
22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB