TOP 10

Reynaldo kiməsə nəyisə sübut etməyə lüzum görmür: "Zaman keçdikcə daha yaxşı oyunumu görəcəksiniz"

Futbol
Tarix: 2019-02-09 21:45

"Qarabağ"ın Premyer Liqanın XVI turunda Sumqayıt"la səfər matçı braziliyalı futbolçusu Reynaldo Silvanın dönüşünün reallaşmasıyla əlamətdar oldu. "Kapital Bank Arena"da komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşün 80-ci dəqiqəsində meydana girən, vaxtilə çempionatımızı bombardiri olan 30 yaşlı braziliyalı hücumçu Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

- Uzun fasilədən sonra "Qarabağ"ın heyətində yenidən Azərbaycan çempionatında meydana çıxdın. Dönüşünü necə dəyərləndirərdin?

- Təbii ki, yalnız sevinc hissləridi. Yenidən Azərbaycana dönməyi çox gözləyirdim. Bildiyiniz kimi, bu ölkəni, "Qarabağ"ı çox sevirəm. Qayıdışıma görə özümü xoşbəxt hiss edirəm. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Hələ yolun bağlanğıcıdı. Bilirəm ki, əvvəlki formamı bərpa etmək üçün çox işləməliyəm. 

 

- Belçikadan "Qarabağ"a ilk dəfə gələndə daha çox həyəcanlı idin, yoxsa indi?

- İndi daha çox həyəcan var idi. Çünki o zamanlar daha gənc idim, üzərimdə o dərəcədə məsuliyyət yox idi. Burda ki illər keçirmişəm, hamısı gözümün qabağına gəldi. Ona görə də indiki vəziyyət mənə daha çox həyəcan yaşatdı.

 

- Əvvəi Reynaldonu görmək mümkün olacaq, yoxsa bu, keçən keçdi?

- Yox, Hara keçdi, nə keçdi? Hələ gəncəm və əlbəttə, nəzərə alaq ki, indiki oyunuma görə fikir yürütmək olmaz. Çünki cəmi 3 gündə komandayla məşqlərə başlamışam. Buna görə də zaman keçdikcə daha yaxşı Reynaldo görəcəksiniz. 

 

- Demək olar ki, "Qarabağ"da baş məşqçi Qurban Qurbanova özünü sübut etmək üçün cəmi 4 ay vaxtın var?

- Ümumiyyətlə, kiməsə nəsə sübut etməyə bir şey yoxdu. Hər kəs necə oynadığımı, nəyə qadir olduğumu bilir. Sadəcə, uyğunlaşmaq məsələsi var. Bir neçə fərqli çempionatda çıxış etmişəm və Azərbaycan Premyer Liqasına qayıtmaq üçün adaptasiyanın vacib olduğunu deyərdim. Bilirəm ki, 4 ay qalacaq, yaxud çox. Təbii ki, karyeramın sonunadək "Qarabağ"da qalmaq mənə çox xoş olardı. Ancaq istənilən halda, nə olacağından asılı olmayaraq klubdakı hər bir kəs minnətdaram.

 

- Hazırkı Azərbeycan çempionatını necə dəyərləndirərdin?

- Bir az komandaların oyun tərzində dəyişiklik olub. Əvvəlllər iddialı komandalar çox idi. "Qəbələ", "Bakı" kimi daha ididalı komandalar var idi. Buna görə onlar səninlə sonadək "dirəşirdilər". İndiki komandalar daha çox müdafiədə otururlar, şanslarını gözləyirlər. Buna görə komandaların oyun planında dəyişiklik hiss olunur

 

- Çempionluq yarışında "Qarabağ"ı daha şanslı görürsən, yoxsa "Neftçi"ylə qızıl mübarizəsi çox çətin olacaq?

- Səbirli olmalıyıq. Ancaq oyundan-oyuna bu haqda düşünməliyik. Yalnız belə məqsədimizə nail ola bilərik.

 

 

CEYHUN ƏLİYEV

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB