TOP 10

İmamverdiyev Deviçi hərəkətinə görə qınamır: "Baş hakimə etiraz etməyə məcbursan ki..."

Futbol
Tarix: 2019-02-09 20:33

"Sabah”ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqanın XVI turunda evdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib.  Yarımmüdafiəçi Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb

 

- “Qəbələ” ilə görüşlərimiz hər zaman ağır keçib. Bugünkü qarşılaşma da bunu təsdiqlədi. Heyif ki, Marko qırmızı vərəqə aldı. Ondan sonra bizə daha çətin oldu. Hesabda geri düşdükdən sonra toparlana bilərdik. Əsl heç-heçəlik oyun idi, elə görünürdü. Deviçin qovulmasından sonra qol vurmaq çətin idi. Yeganə hücumçumuzu itirdik. “Qəbələ”ni təbrik edirəm. Qarşıda “Səbail”lə oyunumuz var. Çalışacağıq ki, bu məğlubiyyəti unutduraq.

 

- Deviçin qırmızı vərəqə gördüyü epizodla bağlı nə deyə bilərsən?

- Hakim qərar veribsə, demək ki, elədi. Əlbəttə, o cür epizodlarda həm oyunçu, həm kapitan olaraq öz etirazını bildirməlisən.

 

- Ancaq epizodun təkrarına baxanda, həqiqətən simulyasiya olduğu görünürdü.

- Bəli. Amma lap təkrarı əvvəlcədən görsən belə, etiraz etməyə məcbursan ki, “qırmızı” verməsin.

 

- Demək olarmı ki, sizi Deviç uduzdurdu? Onu komandanı çətin vəziyyətdə qoyduğuna görə qınayırsınız?

- Yox. Deməzdim ki, Markoya görə uduzduq  Onun yerində hamı ola bilərdi. Deviç o qədər oyunda bizə qələbə qazandırıb ki. Düşünmürəm ki, buna görə onu qınamaq lazımdı. O da istəyirdi ki, penalti qazanaq. Heyif ki, belə alındı.

 

- Bu məğlubiyyətdən sonra turnir cədvəlində 5-ci pilləyə düşdünüz...

- Elədi, ancaq bu, bizi heç qorxutmur. Çünki hədəfimiz Premyer Liqada qalmaqdı. İnanıram ki, xallar qazanıb, bunun öhdəsindən rahatlıqla gələcəyik.

 

- İki oyundur futbolçularınız qırmızı vərəqə alır. Komanda intizamlıq var?

- Bunu onunla bağlamaq istəmirəm. Gördüyünüz kimi, hər iki qırmızı vərəqə oyun epizodunda olub. Futbolçularımız kimisə qəsdən vurmayıb ki...Həm də baş məşqçimiz Elşad Əhmədov elə bir nizam-intizam yaradıb ki, hansısa bir futbolçunun buna əməl etməməsinə inanmıram.

 

- Ancaq onu da nəzərə alaq ki, birinci hissədə qırmızı vərəqə alırsınız, planlar pozulur. Meydanda ən azı bir hissə azlıqda qalmaq əlavə güc sərfi deməkdi...

- Yenə deyirəm ki, bunu intizamsızlıqla əlaqələndirmək istəmirəm. Futbolda hər şey ola bilər. Deviç penalti almaq istədi, alınmadı.

 

- Hakim öz qərarları ilə oyuna təsir göstərdimi?

- Hakim haqqında danışmağı sevmirəm. Ona görə də heç nə demək istəmirəm. Hakimlərin öz rəhbərliyi var. Lazımı qərarı onlar verəcəklər.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB