TOP 10

Əhmədov komandasından razı qalıb: "Deviçə cəza verməyi düşünmürük"

Futbol
Tarix: 2019-02-09 18:24

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XVI turunda "Qəbələ"yə evdə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı ekçriib. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb.

 

- Oyundan danışılası çox şey var. Qısası, 2-ci matçda 10 nəfərlə qalırıq. Bunu komandada nizam-intizamsızlqıla əlaəqləndirməzdim. Marko Deviçin 2-ci sarı vərəqəsini deyə bilmərəm. Çünki epizoddan uzaqda idim. Azlıqda qalsaq da, futbolçularımız sonadək vuruşdular. Sağ olsunlar ki, “Qəbələ” kimi güclü rəqibə qarşı belə oyun göstərdilər.

 

- Hücum xəttində boşluğu necə aradan qaldırmaq fikrindəsiniz? Yeni forvard transferi nə yerdədi?

- Hələ ki transfer çalışmamız tamamlanmayıb. Sərbəst futbolçu axtarırıq. 

 

- Deviç kokandanı pis vəziyyətdə qoydu. İkinci oyundu simulyasiya edir. Ona cəza verməyəcəksiniz?

- Əvvəlki simuylasiyası nə vaxt olub?

 

- Ötən turda Vüqar Mustafayevlə mübarizədə sifətini tutaraq yerə yıxıldı....

- Elə deməzdim. Keçən dəfəki oyunda baş hakim qərar verdi. Deviç kimi futbolçunun Azərbaycanda oynaması qürurvericidi. “Sabah”da olması daha yaxşıdı. Təki belə legionerlər olsun ki, gənc futbolçularımız onlardan təcrübə qazansınlar. Markoya cəza vermək barədə düşünmürük. 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB