TOP 10

Qurbanov futbolçularının xarakterini qeyd etdi: “Bu, bəzən hay-küyə gətirib çıxarır”

Futbol
Tarix: 2019-02-09 18:16

“Qəbələ”nin məşqçisi Sənan Qurbanov Azəırbaycan Premyer Liqasının XVI turunda “Sabah”a səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdanm sonra mətbuat konfransı keçirib. Sport24.az xəbr verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

 

- Bu il qələbəylə startdan sonra daha konsentrasiyalı olmalı idik. Buna nail olduğumuza görə futbolçularımıza təşəkkür düşür. Sürətli komandaya qarşı oynayacağımızı bilirdik. “Sabah” ötən tur da azlıqda qalsa da, oyun nizam-intizamı pozulmamışdı. Futbolçularımız əsl xarakter göstərdilər. Sonda ajiotaj vardı ki, bu da matçın gərginliyinə görə idi.

 

- Kənardan elə görünürdü ki, komandanızda oyun nizam-intizamsızlığı var?

- Elə deməzdim. Sadəcə, daha çox qələbə qazanmaq istəyi bəzən hay-küyə gətirib çıxır.

 

- İlk dəqiqəədən çox aqerssiv idiniz. Bu, nəylə bağlı idi?

- Konsentrasiya olmağa görə narahatlığımı ilk dəqiqədən futbolçulara aşılamağa başladım. “Qəbələ”nin adına layiq oynamağa çalışırıq. Hər bir matçda diqqətli olmalıyıq.

 

MEHMAN SÜLEYMANOV

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB