TOP 10

"Sabah"ın itkiləri bitmir: 16 dəqiqəyə sıradan çıxdı

Futbol
Tarix: 2019-02-09 17:29

"Sabah" Premyer Liqanın XVI turunda "Qəbələ"ylə hazırda davam edən ev matçında heyətlə bağlı problemləri davam edir. Sport24.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov bombardiri Makro Deviçin ardından Elşən Abdullayevin də xidmətindən məhrum qalıb.

 

Belə ki, təcrübəli mütəxəssis Deviç 45-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasıyla ön xətdə yaranan boşluğu doldurmaq üçün fasilədən dərhal sonra Elşəni meydana buraxıldı. Ancaq cinah vingeri artıq 61-ci dəqiqədə əvəzlənməli oldu. Elşən adi vəziyyətdə əzələsini dartaraq axsamağa başladı. O, meydanda bir az ora-bura qaçsa da, sonda yerdə uzandı və oyuna girəndən 16 dəqiqə sonra Emil Qasımovla əvəzləndi.

 

Qeyd edək ki, bu həftə 25 illik yubileyini qeyd edən Abdualyev karyerasında uzun müddətdi zədələrdən əziyyət çəkir. 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB