TOP 10

Şərhçi duetləri davam edəcək

Futbol
Tarix: 2019-02-09 15:00

Azərbaycan Preçyer Liqasının XVI turunda şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, qış fasiləsindən sonra ilk turda olduğu kimi, bu dəfə də matçlarda şərhçi duetləri olacaq.

 

Tura saat 16:00-da "Əlincə Arena"da start verəcək "Sabah" - "Qəbələ" matçını Rövşən Binnətliylə Ramil Cahangirov şərh edəcək. Saat 18:30-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşünin şərhçiləri Pərviz Musayevlə Ürfan Məmmədlidi.

 

Sabah saat 14:00-da "Neftçi" - "Keşlə" matçını Rüstəm Əfsərliylə Nurlan Valehoğlunun şərhində izləyəcəyik. Nəhayət, saat 16:30-da "Bayıl Arena"da baş tutacaq "Səbail" - "Zirə" matçına Şəmsəddin Abbasovla Fərid Axundov şərhçi təyin olunublar. 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB