TOP 10

"Sabah"ın yeni hücumçu planı gündəmdə qalır?

Futbol
Tarix: 2019-02-09 16:11

"Sabah"ın yeni hücumçu almaq planı gündəmdən düşməyib. Klubdan Sport24.az-a verilən məlumata görə, ön xətti gücləndirmək üçün bir neçə yeni legioner nəzərdən keçirilir.

 

Sadəcə, "transfer pəncərəsi" artıq bağlandığından, yeni futbolçu yalnız müqaviləsi olmayan sərbəst oyunçu ola bilər. Axtarışlarını davam etdirən Premyer Liqamızın debütantı yeni hücumçunun keçidini cari mövsümün gedişində realalşdırmağa çalışacaq. Ancaq bunun mütləq cari çempionatda olması qarşıya şərt kimi qoyulmayıb. "Sabah" yeni hücumçunun bu mövsümdə də ona kömək etməsi üçün mayadək bunu gerçəkləşdirməyə səy göstərir.

 

Qeyd edək ki, "Sabah"ıç qış transferlərinin hamısı yerli futbolçular olub. Antalyadakı təlim-məşq toplanışına baxışa yalnız Anqola millisinin hücumçusu Aleşandre Kriştovan gəlmişdi. Ancaq 25 yaşlı futbolçu ailə problemləri üzündən Azərbaycanda çıxış edə bilməyəcəyini klub rəhbərliyinin diqqətinə çatdıraraq düşərgəni tezliklə tərk edib. 

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB