TOP 10

GÖRÜNMƏYƏN QÜVVƏ. Bir gün “CBC Sport”da: “Səhvlərini görməyən insan ən təhlükəli insandı”

Futbol
Tarix: 2019-02-08 16:00

Geniş kütlə onu tanımır. Daim kadr arxasında qalır, verlişlərdə də rast gəlməzsiniz. Ancaq müsahibədən məlum olur ki, həqiqətən titanik iş görür. “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasova təqribən 4-5 gün əvvəl müraciət etmişdik. Rubrikamız üçün növbəti qonağın kimliyinə aydınlıq gətirmək məqsədilə. Beləliklə, “Görünməyən qüvvə”nin növbəti qonağı Səməd Salamzadədi.

 

- "CBC Sport"da nə vaxt fəaliyyətə başlamısınız?

- "CBC Sport"da ilk gündən fəaliyyət göstərirəm. Onda ofis menecer kimi işə başladım. Düzdür, onda ofislərimizin, işçilərimizin sayı bu qədər az idi. Ancaq yeni çalışdığından bir az xaos dərəcəsində idi. Boş olan bu vəzifəyə təyinat aldım. Bir ildi ofis menecerindən əməliyyat meneceri vəzifəsinə keçmişəm. Şirkətdə demək olar bütün beynəlxalq əlaqələrin, tədbirlərin koordinasiyası məndədi.

 

- Bunadək hansı qurumlarda çalışmısınız?

- 2012-ci ilin mayında Bakıda keçirilən "Eurovizion" mahnı müsabiqəsində fan-klubunun PR bölməssində işləmişəm. Elə həmin ilin sentybar-oktyabrıda Bakıda keçirilən futbol üzrə U-17 qadınlar arasında dünya çempionatında koordinasiya üzrə işləmişəm. 2012-ci ilin sentyabrında da AFFA-ya işə düzəldim. Milli komandalarımızın bir neçəsində menecer vəzifəsində çalışmışam. AFFA-dan da 2015-ci ildə birbaşa "CBC Sport"a keçidim olub. Bu 2 qurumda həm menecment, həm rəhbər, həm də təşkilatçılıq baxımından çox yaxşı məktəb keçmişəm.

 

- "CBC Sport"da işiniz əsas nədən ibarətdi?

- Tədbirlərdə bir neçə departamenti koordinasiya edərək yönləndirmək. Volkan Üst telekanalın baş direktorudu və işlərinin çoxluğuyna görə hər şeyi çatdırmır. Bu zaman işə mən də qoşuluram. Əsasən böyük tədbirlərdə koordinasiya işini aparıram. Mətbuatda yazıldığı kimi, hər şey belə rahatdı, getdi-gəldi - yox, əslində, belə deyil. İşin pərdə axasında çox böyük çətinliklər var.

 

 

- Ümumiyyətlə, təşkilatçılıq çətin bir işdi, çox nüasnların qaydasında olması laızmdı. Əsas nəyə diqqət yetirisiniz?

- Bura gələnədək televiziya haqda adi izləyici kimi fikrim vardı - "pult"u yandırırdım, televiziyaya baxırdım və mənə elə gəlirdi ki, bu, asan bir işdi. Bu, internet kanalı işlətmək, mobil telefonla hər hansı videoçarx çəkib, bunu "YouTube"yə yükləyim, populyarlıq qazanıb, inkişaf edim deyil. Televiziya təşkilatçılığı tam başqa bir şeydi. Mənə də bura gəlməmişdən elə gəlirdi ki, operator kamerayla tədbiri çəkir, yükləyir və televiziyanın işi bununla bitir. İşin çətinliyi ondadır ki, operator vəzifəsindən tutmuş nəqliyyat, büdcəsinin hesablanması, danışqıların aparılması, işçilərin, texnikaların təhlükəsizliyi ilə bağlı bütün kooordinasoya işlərinə fikir vermək lazımdı. Bildiyiniz kimi, televiziya texnikaları bahalı şeydi. Xarici ölkələrə gedəndə aviabiletdən tutmuş hər bir işi əlaqələndirmək lazımdı. Bu, ən azından 3 həftə qabaqcadan planlaşdırılan bir şeydi. Səfərə büdcənin tərtib edilməsi, təsdiqlənməsi, otellərin seçilməsi, stadion harda olacaq, vəziyyəti necədi - bunların hamısı çətin və vaxt aparan bir prosesdi.

 

- Son olaraq "CBC Sport"la Türkiyədə işgüzar səfərdə olmusunuz. Qəribə bir rəqəm səsləndi ki, 16 əməkdaş Antalyaya səfər edib. Cəmi 4 oyunun göstərilməsi lazım idi ki, bunun biri də hava şəraitinə görə təxirə düşdü. 16 nəfərin fəaliyyəti nədən ibarət idi ki, bu boyda dəstə Bakıdan Antalyaya yollandı?

- 37 yaşım var və həmin vaxtda Antalyada bir vulkan püskürməsi görmədim (gülür). Təbiətin bütün fəsadlarının hamısını orda gördüm. 16 nəfərə gəlincə, bu, adi çəkiliş deyildi ki, oyun çəkilsin, bura göndərilsin və efirə verilsin. Bəli, onda 16 nəfərlik heyətə ehtiyac qalmazdı. Burda isə işin hamısı canlıdı. 16 nəfərlə 400 kq-a yaxın, 25 iri çantalarla texnika gedib. Bunların hamısının quraşdırılması, inzibati işlər, koordiniyası əmək sərf edirdi. Hava limanından qarşılanması, matçdan əvvəl hansısa bir inzibati heyətin gedib stadiona baxmağı, işıq necə olacaq, stadionda ümumiyyətlə, elektrik, operator üçün platforma varmı - bu kimi şeylərə diqqət yetirmək lazımdı. Ona görə heyət məcburiyyətdən biz az belə geniş idi. Orda 5 kamera olub, ancaq tək onun arxasında dayanan operatorlarla iş bitmir: texniki işçisi, səs rejissoru, işıqçısı və sair var. Əslində, bu, geniş yox, yayım üçün ən qısaldılmış heyətdi. Yayımı STS-lə HD keyfiyyətlə kanal üçün verirdik. 4 kamera var, bu, 4 operator deməkdi. Üstəlik, gündəlik xəbərlər üçün reportajlar vardı. Bu da əlavə 1 operator, 1 müxbir deməkdi. Çünki bizdə canlı bağlantılar da vardı. İki texniki əməkdaş vardı ki, bunlardan biri texniki direktorumuz idi. Orda bir texniki əməkdaşla bütün işləri edə bilməyəcəksən. Bizdə köməkçilər vardı ki, onlar kabellərin vaxtında quraşdırılmasıyla məşğul olurlar. Təbii ki, orda bir şərhçi də lazımdı. "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov orda həm şərhçilik edirdi, həm də xəbərlərə nəzarət. Yəni, Antalyaya gedən hər bir əməkdaşımız bir yox, bir neçə iş görürdü. Qıraqdan danışılarsa ki 16 nəfər geniş heyətdi, peşəkarlardan, televiziya işçilərindən soruşa bilərsiniz və onlar da təsdiq edər ki, bir yayımı tam şəkildə göstərmək üçün bu heyət azdı, çox deyil. Bakıda kiçik maşınla hər hansı bir matçı çəkəndə 30 nəfərə yaxın gedir. Ona görə də 16 nəfər şişirdilmiş bir rəqəm deyil. Hətta azdı ki, çox deyil.

 

- Belə bir məqama da toxunaq ki, əməkdaşlar və telekanal rəhbərliyi Antalyada fərqli məkanlarda yerləşdirilib. Bu, pula qənaət idi, yoxsa peşəkar səbəblər vardı? Yəni real səbəb nə idi ki, ümumiyyətlə, "CBC Sport" telekanalı bir komanda şəklidə bir oteldə yerləşmədi?

- Bu, dünya praktikasında olan bir şeydi. Bu, o demək deyil ki, əməkdaşlarımızı pis şəraitdə saxlamışıq. Onlar üçün geniş mənzillər götürülmüşdü. Hamısı ayrı-ayrı otaqlarında qalırdı, hər bir şəraitlə təmin olunmuşdular. Onlar bizdən 2 kilometr məsafədə, yəni yaxınlıqda qalırdılar. Pis vəziyyət deyillər, ancaq şəxsən mən çəkiliş qrupunun rəhbəriylə bir otaqda idim. Yaxud "CBC Sport"un baş direktoru Şəmsəddin Abbasov texniki direktorumuzla bir otaqda qalırdı. Açıq deyək, maddi imkanımız yoxdu ki, lüks həyatı keçirək. Ancaq deyərdim ki, onların şəraiti bizimkindən də yaxşı idi. Qaldıqları yerlərdə təhlükəsizlik xidməti vardı. Əlavə onlar üçün 2 kirayəli avtomobil ayrılmışdı. Onlar üçün ev götürülməyinin ikinci səbəbi bu idi ki, o boyda texnikanı otelə yerləşdirə bilmirdik. Çünki otellə öncədən danışanda, bizə dedilər ki, otaqlar 30 kvadrat metrlikdi, orda texnika qoymağa yer qalmır. Ayrıca bir otaq istəyəndə otel texniki təhlükəsizliyi təmin etmir. Yəni ora kimsə girsə, hansısa texnikanı xarab etsə, buna otel məsuliyyət daşımayacaq. Məqsədimiz də bu oldu ki, işçilərimizə geniş, şəraitli bir yer ayıraq, texnikalar da əl altında rahat olsun. Bir sözlə, qaldıqlarımız yerlər bir-birindən fərqlənmirdi. Bütün heyət oyuna çıxanda, hamı bir yerdə çıxırdı və hamı da birgə gəlirdi. Elə bir şey yox idi ki, ayrı-ayrılıqda çıxaq, hərəmiz bir tərəfdə olaq. Bu, sadəcə, mümkünsüz idi. Elə olanda, o işi aparmaq mümkün olmazdı. İlk dəfə deyil ki, belə edirik. Keçən il Antalyada olduğumuz zaman bir oteldə yerləşdik. Orda əlavə çətinliklər yarandı; məhz bu yük baxımından. Biz də bunu gördük. Avtomobil otelin içinə kimi girə bilmir, müəyyən yerinə kimi keçə bilir. Yükü boşaldıb çıxarmaq əziyyət idi. Keçən il bizə dərs oldu və bu səhvləri nəzərə alaraq belə bir qərara gəldik.

 

- Görünməyən tərəflər də maraqlıdı. Deyək ki, biz bir seyrci kimi oturub rahat oyuna baxırıq. Bu 16 nəfərin hər birinin bir yox, bir neçə iş gördüyünü bildiriniz. Oyunun yayımı prosesi necə baş verir?

- Bu prosesin ən rahat işi rejissorun ekranında bütün kameraların işlək vəziyyətində görəndən sonra, fit çalınmamışdan hardasa 1 dəqiqə əvvəli izləməkdi. Amma bundan qabaq bütün texnika gəlir stadiona, müəyyən işlərə cavabdeh texniki şəxslər onların quraşdırılması, tənzimlənməsi işlərini görürlər. Əslində, rejissor öncədən arenaya gəlir. Keçən il milli komandalarımızın seçdiyi bütün stadionların hər bir şəraiti var və çəkilişə uyğun idi. İndi getdiyimiz stadionlar şəhər mərkəzindən uzaqda, işıqlandırılması, tribunaları çox çətin bir vəziyyətdə idi. O da bizim işin çəkiliş baxımından keyfiyyətinə mənfi təsir göstərirdi. Kamera üçün platforma yoxdu, adi 5-6 tribuna sırası olan yerə kamera qoyulur. Bu zaman aydın məsələdir ki, görüntü o qədər də yaxşı deyil. İş prosesinə gəlincə, bütün kabellərin çəkilməsi, səsin yoxlanılması, texniklərin Bakıyla əlaqə saxlayaraq siqnalın, səsin gedib-gəlməsini, kameranın görüntüsünü yoxlamaq və sair işlər ən azı 4 saat vaxt aparır. Komandalar stadiona saatyarım qabaq gəlirsə, biz 4 saat qabaqdan gəlirik. Burda bir məsələni əsas başa düşmək lazımdı ki, səyyar telestudiyamız var. Gedəndə o studiyanın təkərdən qaldırıb tam keçirdik təyyarəyə və gətirdik özümüzlə Türkiyəyə. Orda da lokasiyalar tam fərqlidi. Hər birinin arasında hardasa 80 kilometr məsafə vardı. Təxmini 1,5 saat yolda olurduq. Üstəlik, 3 saat qabaq gəlməliyik ki, xətləri çəkək, elektrik enerjisini, fors-major hallar üçün əlavə enerj mənbəyini tapaq. kameraların mövqeələrinə baxaq. Çünki özümüz də həmin stadionlarda birinci dəfə idik. Bakıdakı stadionlarda texniki işlərə az vaxt sərf edə bilərik. Çünki hər yerdə nələrin olduğunu yaxşı bilirik. Antalyada getdiyin stadionların nümayəndələri deyir ki, bizdə heç vaxt oyunlar çəkilməyib, ona görə kamera üçün mövqelər yoxdu. Bu üzdən vaxtında zəruri işlər görürdük. Orda elə bir şey yox idi, operatoram, kameranın arxasında duracam. Yox, hamı komanda şəklində çalışırdı. Çətinliklərdən biri də odur ki, stadionlar HD format çəkilişinə uyğun deyildi. Elementar olaraq stadiona gedərək orda heç bir adam tapa bilmirdik. Stadona qıfıla bağlı idi, vəssalam. Məsələn, ilk matçda 4 saat qabaq gəlmişik, stadionun işçisi yalnız bir nəfərdi. İlk dəfə rastlaşırdılar belə halla.

 

- Hər halda, "Qarabağ" - "Şaxtyor" matçının keçiriləcəyi stadon istisna idi....

- Bəli. Həmin gün Antalyada tarixi bir fırtına yaşanırdı, biz də o gün çəkilişdəyik. Səyyar kabel cihazımızda bir antena hissəsi var. Onu qaldırıb-qaldırmamaq məsələsi vardı. Qorxudan düşünürdük ki, ildırım vuracaq. Antalyada belə havada bəlli idi. Texniki direktorumuzla məsləhətləşdik, getdik bütün heyətdən uzaq bir yerdə antenanı quraşdırmağa, açdıq, arxamıza döndük, ildırım ora düşdü. Nəticədə yayım 5 dəqiqə itdi. Allahın işidi, edəcəyimiz bir şey yoxdu.

 

- Belə bir məqam. Nəyə görə cəmi 4 oyun, özü də klubların toplanışlarının son hissəsində?

- Ən yaxşı matçları yayınlamağı planlaşdırmışdıq. Toplanışın əvvəlindəki qarşılaşmaların maraqsız olduğunu bilirdik. "Qarabağ"ın "Şaxtyor"la, "Neftçi"nin "Slovan"la. "Sumqayıt"ın "Vardar"la görüşləri maraqlı idi. Həmin vaxt yeni futbolçular da komandalarına artıq qoşulmuşdu. Bütün bunları nəzərə alaraq son matçları yayımlamağı qərara aldıq. Elementar texnikanın burda sökülüb orda gedib quraşdırılması, yoxlanılması ən azı 5 gün vaxt aparır. Bundan əlavə, 4-5 gün büdcənin ayrılmasına zaman lazımdı. "Mindim getdim" söhbəti keçmir. Biz isə telekanalıq, bir kamerayla çəkmirik, STS-lə HD yayım gedir. Bu, tam başqa yayımdı. Azərbaycan çempionatının yayım hüququna sahib olan yeganə telekanalıqsa, Türkiyədəki yoxlama oyunlarını yüksək səviyyədə yayımlamağımız, bu işə həmişə olduğu kimi can yandırmağımız lazımdı. Bu, bizim strategiyadı və ümumi işə faydalı oldu. Həm də qış fasiləsindən sonra ilk turda "Qarabağ" - "Neftçi" derbisi olacağından, bu komandaların son yoxlama matçlarını canlı yayımlamağımız vacib idi. Hər iki komandanın nümayəndələri rəqibinin yayımladığımız matçını diqqətdə saxlayırdı. Bəli, STS-i kirayə götürə bilərdik ki, işimiz rahat olsun. Amma hesabladıq ki, 3-4 oyuna oyuna görə, ümumi xərcimiz 3 dəfə artıq çıxacaqdı. Bu, məcburiyyətdən atdığımız addım idi. Bizim də mövcud büdcəmiz var və ondan qırağa çıxa bilmirik.

 

- Bir məqam də maraqlıdı. Bizdə belə bir məlumat var ki, beynəlxalq oyunlarda teleyayım üçün ölkəyə əcnəbi mütəxəssis gətirilirdi. "CBC Sport" 2018-ci ildə Millətlər Liqasını canlı yayımladı, çox məsul turnir idi. Neçə əcnəbidən istifadə olundu?

- Tək Millətlər Liqası yox, "Qarabağ"ın Avropa Liqasınsakı qrup matçlarını da götürsək, 6 oyunu canlı yayımladıq. Millətlər Liqasının yayım lisenziyasını çox gec əldə etdik. Volkan bəy  məni baş koordinator təyin edəndə, sözün düzü, həyəcanlandım. Bu, telekanal üçün ilk dəfə idi. Düzdür, beynəlxaql tədbirlərdə iştirak etmişəm, ancaq baş koordinator kimi mənim üçün çox məsuliyyətli iş idi. Təlimlərə vaxtımız yox idi. İlk oyunda Ukraynadan bir mütəxəssis göndərdilər. O da sırf rejissora kömək üçün gəlmişdi. İki gün burda qaldı, birinci günün sonunda mənə dedi ki, işinizə qarışmayacam. Çünki artıq işinizi bilirsiniz. Mütəxəssis UEFA tərəfindən gəlirdi, bu, olmalıdı. O, yerli çəkiliş üzrə menecer idi. Ancaq bizə kömək üçün gəlmirdi. Stadion tərəfindən sırf çəkilişin təşkili, nəzarəti üçün bura gəlirdi. UEFA-dan bizə heç bir irad tutulmayıb. Hətta bu yaxında Dublində UEFA-nın tədbirində - təlimlərdə oldum. Orda bizim çəkilişə aid olmayan adamlar da gəlib dedilər ki, yaxşı iş görmüsünüz. Həmin çəkiliş menecerlərindən biri Fransadan, biri İsraildən idi, bizi tərfiləyirlər, dedilər ki, işimiz peşəkarcasına görülüb.

 

- Onda elə bir qarşılıqlı sual verək ki, mayın 29-da Avroliqasının finalı gəlir. Ardınca Bakıda Avropa çempionatının 4 qarşılaşması olacaq. Bu, artıq o anlama gəlir ki, çəkiliş prosesi əcnəbilərin yox, tək azərbaycanlı mütəxəssislərin iştirakıyla keçiriləcək?

- Final matçıyla bağlı durum bir az başqadı. Çünki UEFA-nın nəzarətində olduğu üçün danışıqlara gedirlər ki, biz çəkək, yoxsa 3-cü şirkət. Açığı, hələ ki, danışıqlar gedir.

 

- Bu, yalnız final oyununa, yoxsa AVRO-2020-yə də aiddir?

- Söhbət yalnız final matçından gedir. Qalanların hamısı bizim çəkiliş olacaq. Əcnəbilər olmayacaq. Əcnəbilər UEFA tərəfindən göndərilə bilər. Ancaq bu, o demək deyil ki, bizim işimizi görəcəklər. Belə qərara gəmişik ki, pul xərclənəcəksə, bunu ölkə daxilində etməyimiz lazımdı. Heç bir xarici ölkəyə üz tutmayaraq. "Bakı Media"ya üz tutduq. Rəhbərliyimiz onların rəhbərliyinə vəziyyəti anladıb. Bərabər çalışacağıq, çünki açığı, texniki imkanlar UEFA-nın istəklərinə çatmır. Bizim heyətlə "Bakı Media"nı birləşdirəndə isə tam olur, yaxşı bir sintez alınır. Sağ olsunlar, çox ürəkdən qatıldılar, hərtərəfli kömək etdilər. Ötən il həmin 6 matçı bir yerdə yayımladıq. Şükür Allaha, hamısında alnımız açıqdı, uğurlu işi birgə bacardıq. İstəyirik ki, Premyer Liqada, başqa idman növlərində elə bir səviyyəyə gəlib çataq ki, maraqlar qarşılıqlı olsun. Məsələn, İngiltərə, Almaniya və Fransa çempionatını yayımı gedəndə, kanal da qazanır, klub da. Bu, qarşılıqlı şəkildə maraqlı olmalıdı. Bizim də gedib Antalyadan, yaxud burda Region Liqasının, uşaq komandalarının oyununu çəkməkdə marağımız odur ki, daim birlikdə inkişaf edək. Gördüyümüz işlərə görə tənqid olunamağ hazırıq. Çünki öz səhvlərini görməyən insan ən təhlükəli insandı.

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB