TOP 10

İTV Bakıda keçiriləcək beynəlxalq yarışın eksklüziv yayım hüququna sahib oldu - FOTOLAR

Olimpiada
Tarix: 2019-02-08 14:24

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sport24.az xəbər verir ki, sənədi komitənin prezidenti İlqar Rəhimov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov imzalayıblar.

 

Anlaşma memorandumu hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq, informasiya dəstəyi, o cümlədən keçirilən yarışların eksklüziv yayım hüququnun verilməsi ilə bağlıdır. İmzalanan sənədə əsasən, bu ilin may ayında Bakıda keçiriləcək cüdo üzrə beynəlxalq qran-pri yarışlarının yayım hüququ İctimai televiziyaya verilib. İTV həmin yarışı canlı yayımlayacaq.

 

 

Xatırladaq ki, bu il 13-14 may tarixlərində Bakıda para cüdo idman növü üzrə beynəlxalq “Qran pri” yarışı baş tutacaq. "Tokio 2020" yay paralimpiya oyunlarına vəsiqə qazandıran belə bir yarış şəhərimizdə ilk dəfə keçiriləcək. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcəyi gözlənilir.

22 Iyul 2019
21 Iyul 2019
B.eÇ.aÇC.aCŞB