TOP 10

Azərbaycan çempionatının açılış mərasimi keçirildi - VİDEO

Digər
Tarix: 2019-02-07 23:20

Ağır Atletika Akademiyasının yarış zalında baş tutan kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mərasimdə Gənclər və İdman Nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov çıxış edərək ölkədə idmana göstərilən dövlət qayğısından danışıb.

Ötən il müxəlif idman növləri üzrə idmançılarımızın qazandığı nailiyyətləri diqqətə çatdıran İsmayıl İsmayılov, ağır atletika üzrə ölkə çempionatında iştirak edən idmançılara uğurlar da arzulayıb. 


Azərbaycan Respublikası Dövlət Himinin səslənməsi ilə yarış açıq elan edilib.


Bildirək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.


Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdı.


18 Aprel 2019
17 Aprel 2019
B.eÇ.aÇC.aCŞB