TOP 10

Daha üç Azərbaycan çempionu bəlli oldu

Digər
Tarix: 2019-02-07 22:46

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.


Kişilər arasında ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar qalibi müəyyənləşdiriblər. Toplam 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kq (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kq (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.


Kişilər arasında 61 kq çəki dərəcəsində də mükafatçıların adına aydınlıq gəlib. Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq (98+125) nəticə göstərərək Azərbaycan çempionu olub. Sonrakı pillələrdə müvafiq olaraq toplam 218 kq (96+122) nəticə ilə Nurlan Məmmədzadə və toplam 215 kq (96+119) nəticə ilə Fuad Həsənov qərarlaşıb.


Son olaraq kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyən edilib. İsmayıllılı atlet Məhəmməd Məmmədli bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, toplam 277 kq (122+155) nəticə ilə hamını qabaqlayıb. Sonrakı yerləri müvafiq olaraq toplam 260 kq (120+140) nəticə ilə Rüstəm Qasımov və toplam 250 kq (110+140) nəticə ilə Elməddin Hüseynov tutub.

18 Iyul 2019
17 Iyul 2019
B.eÇ.aÇC.aCŞB