TOP 10

Səbinə Əzimova Azərbaycan çempionu oldu

Digər
Tarix: 2019-02-07 15:27

Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Sport24.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.


Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Qızıl medala toplam 154 kq (67+87) nəticə və 231.6 xalla Səbinə Əzimova layiq görülüb. Fəxri kürsüdəki sonrakı yerləri müvafiq olaraq toplam 146 kq (65+81) nəticə və 227.7 xalla Mərziyyə Məhərrəmova və toplam 161 kq (69+92) nəticə və 212.7 xalla Günel Vəliyeva tutublar.


Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB