TOP 10

“Qarabağ”da maliyyə sıxıntısı? Klubdan rəsmi cavab

Futbol
Tarix: 2019-02-06 15:16

“Azersun” tərəfindən hansısa biganəlikdən söhbət gedə bilməz. Klubda da heç bir maliyyə problemi yoxdu. Futbolçularımız da vaxtı-vaxtında müqavilədə göstərilən pullarını alırlar”. Bu sözləri Sport24.az-a verdiyi açıqlamada “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

 

Həmsöhbətimiz klub sponsorunun “Qarabağ”ın maliyyələşdirilməsindən imtina etməsi barədə xəbərə dair bunları dedi: “Rəhbərlik komandanı daim diqqət mərkəzində saxlayır. Nəinki imtina, heç bir azaldılma da baş verməyib. Bu cür məlumatlarda zərrə qədər həqiqət yoxdu”.

 

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB