TOP 10

Monteneqro millimizə rəqib oldu

Futzal
Tarix: 2019-02-02 22:49

Bu gün final mərhələsi 2020-ci ildə Litvada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə ilkin seçmə mərhələnin oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, G qrupunda mübarizə aparan Hollandiya son qarşılaşmada Bolqarıstanı 6:1 hesabı ilə məğlub edib. Əvəzində Estoniyanı 4:0 hesabı ilə üstələyən Monteneqro ikinci pilləni tutub və əsas mərhələdə millimizlə bir qrupda yer alıb. Düzdü, Bolqarıstanla bu komandanın aktivindəki xallar bərabər olub. Amma topların nisbətinə görə Monteneqro rəqibini qabaqlayıb.
 

Püşkə əsasən G qrupunun ikincisi, H qrupunun isə qalibi millimizlə bir qrupda yer alacaq. Moldova H qrupunun qalibi, Monteneqro isə G qrupunun ikincisi kimi bu hüququ əldə edib. G qrupunda Hollandiya birinci yeri tutub. Yeri gəlmişkən, Monteneqronun Estoniya ilə qarşılaşmasının ikinci hakimi Hikmət Qafarlı olub. FİFA referisinin iştirakçısı olduğu qarşılaşmada futzalçılara 3 sarı, 1 qırmızı vərəqə göstərilib. Monteneqro 35-ci dəqiqədən növbəti 2 dəqiqəni azlıqda keçirməli olub.

 

Qeyd edək ki, millimizin yer aldığı 3-cü qrupun oyunları oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Millimizlə Slovakiya, Moldova və Monteneqro komandaları mübarizə aparacaq.

 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB