TOP 10

Güləş üzrə Avropa çempionatını medalsız bitirdik

Güləş
Tarix: 0000-00-00 00:00

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, çempionatın sonuncu günündə 71, 75, 80 və 85 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

75 kq çəki dərəcəsində mübarizə aparan Ruhin Mikayılov ardıcıl olaraq Danimarka və Ukrayna güləşçilərini məğlub edib. Yarımfinalda Rusiya idmançısı Çingiz Labazanova uduzan güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Belarus idmançısı olub. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. Ruhin Mikayılov çempionatı beşinci sırada tamamlayıb. 

71 kq 
1/4 final - Abuiazid Mantsigov (RUS) - Həsən Əliyev 2:1
1/8 final - Həsən Əliyev - Knut Zakarias Tallroth (SWE) 3:2
1/16 final - Həsən Əliyev - Nikita Masjuks (LAT) 8:0

75 kq 
Bürünc medal görüşü - Kazbek Kilou (BLR) - Ruhin Mikayılov 9:1
1/2 final - Çingiz Labazanov (RUS) - Ruhin Mikayılov 4:1
1/4 final - Ruhin Mikayılov - Yevgen Pyshkov (URK) 4:3
1/8 final - Rajbek Alvievich Bisultanov (DEN) - Ruhin Mikayılov 1:2

80 kq 
1/8 final - Aslan Atem (TUR) - Emin Əhmədov 8:0

85 kq 
Təsəlliverici görüş - Arif Niftullayev - Yuriy Şkriuba (UKR) 2:11 
1/8 final - Metehan Başar (TUR) - Arif Niftullayev 2:1


 

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB