TOP 10

“Neftçi” Darioya görə nə qədər istəyir? Klub təsdiqlədi: “Getmək istəyir”

Futbol
Tarix: 2019-01-30 14:44

Braziliyalı futbolçu Dario Federikonun “Neftçi”dən ayrılması üçün Topaz Premyer Liqasının liderinin tələbi hələ ki, yerinə yetirilməyib. Bu barədə Sport24.az-a verdiyi açıqlamada klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.

 

O, Federikonun Cənubi Koreyadan cəlbedici təklif aldığını söyləməklə yanaşı, “Neftçi”nin keçidə görə kompensasiya tələbini də qabartdı: “Bəli, Dario getmək istəyir. Bu da başadüşüləndir, çünki yetərincə cəlbedici təklif alıb. Ancaq braziliyalı futbolçunun klubumuzla müqaviləsi var. Hazırda kompensasiya ilə bağlı danışıqlar gedir. Yaxın günlərdə bu məsələyə tam aydınlıq gələcək”.

 

Allahverdiyev kompensasiyanın məbləğini açıqlamaq istəməsə də, etibarlı mənbədən “Neftçi”nin 120 min dollar tələb etdiyini öyrənə bildik. Böyük ehtimalla, tərəflər “5 aşağı, 5 yuxarı” prinsipi ilə ortaq məxrəcə gələcəklər və “Neftçi” artıq “Qarabağ”la matçda Darionun xidmətindən yararlana bilməyəcək.

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB