TOP 10

Bakı şəhər birincliyinin qalibləri müəyyənləşib

Digər
Tarix: 2019-01-27 17:21

Bu gün 5 №-li Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2009 və daha kiçik təvəllüdlü badmintonçular arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, yanvarın 24-ü startı verilən turnirdə 25 oğlan və 16 qız yarışıb.

 

Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.

 

Şəxsi oğlanlar: 1.Murad İbrahimli, 2.Sübhan Həsənəliyev, 3.Əmirxan İmanov.

 

Şəxsi qızlar: 1.Əminə İsmayılova, 2.Aliyə Bağırova, 3.Nəzrin Mehrəlizadə.

 

Qoşa oğlanlar: 1.Murad İbrahimli - Əmirxan İmanov, 2.Anar Hüseynov - Vüsal Məmmədli, 3. Əli Gözəlov - Sübhan Həsənəliyev.

 

Qoşa qızlar: 1.Zəhra Rüstəmova - Əminə İsmayılova, 2.Ülkər Nağıyeva - Aliyə Bağırova, 3.Nəzrin Mehrəlizadə - Qətibə Zeynalova.

 

Qarışıq-qoşa: 1.Murad İbrahimli - Nəzrin Mehrəlizadə, 2.Əmirxan İmanov - Zəhra Rüstəmova, 3.Sübhan Həsənəliyev - Əminə İsmayılova.

 

Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB