TOP 10

“Zirə” Antalyadan “Deportivo”nun hücumçusu ilə qayıdır

Futbol
Tarix: 2019-01-27 10:00

“Zirə” heyətini yeni hücumçu ilə gücləndirir. Sport24.az xəbər verir ki, paytaxt klubu paraqvaylı forvard Xulio Sezar Rodriqesi heyətinə qatmağa hazırlaşır.


28 yaşlı futbolçu artıq komandanın düşərgəsindədi. O, bu gün Antalyadan komanda ilə birgə Bakıya gələcək. Yaxın günlərdə Rodriqeslə ilyarımlıq müqavilə imzalanacaq.


Qeyd edək ki, Xulio Sezar peşəkar karyerasına 2010-cu ildə Argentinanın “Defensa Xustisiya” klubunda başlayıb. Sonralar o, “Berasateqi”, “Dorados de Sinaloa”, “Tixuana”, “Qodoy Krus”, “Yunion Santafe”, “Arsenal de Sarandi”, “Almaqro” kimi komandalarda da forma geyinib. Rodriqes 2018-ci ildən bəri Paraqvayın “Deportivo Kapiata” klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 11 oyuna çıxıb, 3 qola imza atıb.

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB