TOP 10

Azərbaycan Kubokunda 1/8 finalçılardan dördü müəyyənləşdi

Futzal
Tarix: 2019-01-26 11:27

Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində 4 oyun keçirilib. Sport24.az xəbər verir ki, ilk oyunda “Advokat” böyükhesablı qələbə qazanıb. “Füzuli” fasiləyə qədər qapısını toxunulmaz saxlasa da, ikinci hissədə rəqibin ardıcıl qollar vurmasına mane ola bilməyib.

 

İkinci oyun daha gərgin keçib. “Borçalı” 18-ci saniyədə hesabı açıb. Ancaq ruhdan düşməyən “Green Log” fasiləyə 2 dəqiqə qalmış ardıcıl iki qol vurmaqla üstünlük qazanıb. “Yaşıllar” üstünlüyünü ikinci hissədə də davam etdirib və nəticədə mərhələ adlayan tərəf olublar.

 

Günün, bəlkə də mərhələnin ən maraqlı oyunu ADBTİA – “Standard” dueli olbu. Hər iki komandanın Birinci Liqanın ilk “3-lüy”ündə yer alması oyuna marağı bir qədər də artırıb. “İdmançılar” oyuna fəal başlayıb və artıq 2-ci dəqiqədə rəqib torunu 2 dəfə silkələməyi bacarıb. Di gəl, bu qollar fasiləyə kimin üstün yollanacağına aydınlıq gətirməyib. Fasiləyə qədər 6 qolun vurulduğu matçın ikinci hissəsində qapılara 4 dəfə yol tapılıb ki, onda da “Standard” cütün taleyini həll edib.

 

Günün son oyunu da gərginliyi ilə yadda qalıb. Əslində “Atletiko Baku” kimi iddialı komandanı mübarizədən kənarlaşdıran “Xəzər Astara” favorit hesab edilsə də, “Təbriz” təcrübəsi hesabına qalibin kimliyinə aydınlıq gətirib.

 

Beləliklə ilk oyun gününün yekununda “Advokat”, “Green Log”, “Standard” və “Təbriz” 1/8 finala yüksəlib

.
 

“Füzuli” -  “Advokat” (0:0) 0:6

25 yanvar. Bakı İdman Sarayı. Saat 19:00

Hakimlər: Azər Əsgərov, Elman Musayev, Vüsal Balaşov

Qollar: R. Həsənov, 18:10, S. Davidov, 19:12, R. İsgəndərov, 23:19, C. Əhmədov, 25:07, C. Şirinli, 27:35, N. Əsədov, 29:27

Sarı vərəqələr: K. Mehdibəyli, 17:10, Seymur Xəlilov, 22:10

 

Füzuli FK: 36. Murad Gülməmmədov (q), 33. İman Müseyibov, 11. Maqsud Salahlı, 18. Eyyub Vahidov, 23. Əmrah Əmircanlı, 10. Kənan Mehdibəyli, 71. Cavad Məmmədov, 8. Elşən Qurbanov, 17. Gülağa Qədirov, 66. Seymur Xəlilov, 22. Şəhriyar Əliyev (k), 19. Rüfət Əsgərov, 7. Mirəhməd Məmmədov

 

Advokat 98. Kamran Əskərov (q, k), 14. Ruslan İsgəndərov, 91. Elvin Şirinli, 24. Ramil Həsənov, 4. Seymur Davidov, 77. Ceyhun Şirinli, 96. İlyas Şükürlü, 55. Ceyhun Əhmədov, 22. Nurəli Əsədov

Məşqçi: Fuad Rzayev

 

“Green Log” – “Borçalı” 4:1 (2:1)

25 yanvar. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Azad Hüseynov, Vaqif Musayev, Vüsal Balaşov

Qollar: S. Namazov, 13:09, F. Həsənov, 13:47, R. Nağıyev, 17:23, T. Məmmədov, 25:19 // A. Qasımov, 0:18

Sarı vərəqə: R. Nağıyev, 27:04

 

Green Log: 1. Fazil Atayev (q), 3. Əşrəf Əliyev (k), 5. Fuad Cəfərov, 14. Taleh Məmmədov, 10. Rəfail Nağıyev, 4. Fərid Əliyev, 9. Sahib Namazov, 7. Firuz Həsənov, 12. Xəyyam Həşimov, 13. Tural Murquzov

Baş məqşçi: Fuad Zeynallı

 

Borçalı FK 95. Elnur Hüseynov (q), 92. Asif İsmayılov, 13.Anar Səlimov, 4. Aslan Məmmədzadə, 5. Orxan Gülməmmədli (k), 8. Rafik Yolçiyev, 10.Roman Xıdırov, 87. Polad Kərimov, 20. Abid Qasımov, 6. Samir İbrahimov, 19.Orxan Qəhrəmanov, 11.Famil Hümbətov,

Rəhbər: Zöhrab Məmmədov

 

ADBTİA - “Standard” 4:6 (3:3)

25 yanvar. Bakı İdman Sarayı. Saat 21:00

Hakimlər: Ramil Namazov, Mehman Mahmudov, Vaqif Musayev

Qollar: M. Quluzadə, 0:37, 01:40, R. Həsənzadə, 13:58 (ö/q), E. Cəbrayılov, 24:58  // H. Amanov, 02:42, 11:37, T. Ağayev, 08:12, 25:44 , A. Həsənov, 23:22, Seyidrəzi Ağayev, 25:05

Sarı vərəqələr: T. Muradov, 09:52, M. Rzayev, 11:36, R. İbrahimzadə, 24:37, E. Cəbrayılov, 25:41 // O. Səfiyaroğlu, 13:51, A. Həsənov, 19:12,

 

ADBTİA: 1. Malik Rəhmanov (q), 7. Əbdül Əliyev, 12. Telman Muxtarov, 6. Mirmehdi Rzayev, 9. Emin Cəbrayılov (k), 58.Şirin Şirinov (q), 16. Ruzigar İbrahimzadə, 99. Murad Quluzadə, 8.Elçin İsmayılov, 15. Taleh Muradov

 

Standard: 12. Ramil Həsənzadə (q), 17. Həbib Amanov, 71. Seymur Babayev (k), 14. Orxan Səfiyaroğlu, 55. Taleh Ağayev, 1. Asim Sarıyev (q), 11. Mehdi Rəsulov, 77. Emin Quliyev, 85. Seyidrəzi Ağayev, 99. Anar Həsənov

Baş məşqçi: Əfqan Camalov

 

 

“Xəzər Astara” - “Təbriz” 2:4 (1:1)

25 yanvar. Bakı İdman Sarayı. Saat 22:00

Hakimlər: Mehman Mahmudov, Kənan Məlikov, Vaqif Musayev

Qollar: E. Əlizadə, 09:40, Ə. Hümbətov, 18:42 //  İ. Qazıyev, 04:40, 16:37, C. Cəfərov, 19:32, 22:52

 

Xəzər Astara: 1. Şahin Dadaşzadə (q), 14. Asim Şükürov (k), 17. Misir Ağayev, 90. Elmin Əlizadə, 9. Seymur Abdullayev, 11. Əsgər Hümbətov, 3. Azər Həbibov, 6. Tural İmanlı, 99. Coşqun Qorçiyev, 8. Əli Quliyev, 23. Coşqun Süleymanov, 7. Əliağa Xudiyev

Baş məşqçi: Cəmaləddin Məmmədov

 

Təbriz: 83. Şirin Ağayev (q), 7. Əkbər Hüseynov, 33. İlqar Qazıyev, 9. Etibar İmanov (k), 8. Cəfər Cəfərov, 5. Samir Əzim-zadə, 4. Elşən Mustafayev, 77. Nadir Məmmədli, 15. Mahir Əhmədov

 

Mərhələnin qalan 5 oyunu yanvarın 26-da keçiriləcək.

 

 “Gənclik” İK - “Baku Fire”

26 yanvar. Bakı İdman Sarayı. Saat 18:00

Haakimlər: Rahin Heybətov, Azad Hüseynov, Elman Musayev

 

“Dalğa” – “Rəvan”

26 yanvar. Bakı İdman Sarayı. Saat 19:00

Hakimlər: Azər Əsgərov, Elman Musayev, Azad Hüseynov

 

“Bibi-Heybət” - “Obolon”

26 yanvar. Bakı İdman Sarayı. Saat 20:00

Hakimlər: Kənan Məlikov, Vaqif Musayev, Elvin Ağayev

 

“Avanqard” - “Hövsan”

26 yanvar. Bakı İdman Sarayı. Saat 21:00

Hakimlər: Ramil Namazov, Elmir Quluzadə, Elvin Ağayev

 

“Gilan Construction” - “Mübariz”

26 yanvar. Bakı İdman Sarayı. Saat 22:00

Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Elmir Quluzadə

 

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB