TOP 10

"Neftçi" Antalyanı darmadağınla tərk edir

Futbol
Tarix: 2019-01-26 18:15

"Neftçi" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb. Sport24.az xəbər verir ki, Premyer Liqamızın lideri Bolqarıstanın yüksək liqa təmsilçisi  "Beroe" ilə qarşılaşıb. 

 

Roberto Bordinin komandasınə rəqibini darmadağın edib.

 

Qeyd edək ki, "Neftçi" buna qədər Rumıniyanın "Qaz Metan” klubuna böyük hesabla qalib gəlib (3:0), Çexiya "Slovan"ına uduzub (1:2).
 

26 yanvar

Yoxlama matçı

16:30. "Neftçi" - "Beroe" (Bolqarıstan) - 4:0 

Qollar: Dario Frederiko, 12, 32, Baqali Dabo, 40, Vanqelis Platellas, 57

 

"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 93.Soni Mustivar.

 

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 6.Qoran Paratski, 7.Namik Ələskərov, 15.Ruslan Abışov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 36.Mamadu Kane, 70.Əli Şirinov, 77.Elvin Sərkərov, 95.Rəhman Daşdəmirov.

 

Oyun başladı.

 

"Neftçi"dən erkən qol. Braziliyalı yarımmüdafiəçi Dario Frederiko 12-ci dəqiqədə hesabı açır - 1:0.

 

Bundan 20 dəqiqə sonda Dario dubl müəllifi olur. O, hücumdakı komanda yoldaşı Mirabdulla Abbasovun ötürməsini qola çevirir - 2:0.  

 

40-ci dəqiqədə Dabo möhtəşəm zərbəylə hesabı 3:0 edir. 

 

Bundan 3 dəqiqə sonra Dario penalti qazanır. Ancaq Emin Mahmudovun zərbəsini qapıçı qaytarır. 

 

Fasilə. 

 

İlk yarının qısa xülasəsi. Külək tərəflərə oynamaq imkanı vermir. Hesab da qüvvələrin nisbətini əks etdirmir. Sadəcə, “Neftçi” əlinə düşən bütün (qaçırılmış penalti istisna) imkanları qola çevirib.

 

İkinci hissə başladı. Məhəmməd Mirzəbəyovun əvəzinə meydana Tural Axundov daxil olub.

 

53-cü dəqiqədə rəqib futbolçu Səlahət Ağayevlə təkbətək çıxsa da, qapıçımız topu qaytara bildi.

 

57-ci dəqiqədə "Neftçi"nin yunan trasferi Vanqelis Platellas qol hesabını açır - 4:0. 

 

58-ci dəqiqədə Kamran İbrahimov, Namiq Ələsgərov, Qoran Paratski, Rəhman Hacıyev və SMamadu Kane Səlahət Ağayev, Emin Mahmudov, Baqali Dabo, Dario Frederiko və Soni Mustivarı əvəzlədilər. 

 

74-cü dəqiqə. Ruslan Abışov nəhayət, yaşıl meydana qayıtdı. Bunu 7 aylıq fasilədən sonra reallaşdıran kapitan Anton Krivotsyuku əvəzlədi. Onunla yanaşı, Mamdu Mbodju Elvin Sərkərov dəyişdi. 

 

Bundan 3 dəqiqə sonra Ruslanın cərimə zərbəsindən sonra top qapı çatına dəyir. Həmin dəqiqədə Vanqelis Platellosu Əli Şirinov əvəzləyir. 

 

81-ci dəqiqədə Ömər Buludovla Mirabdulla Abbasovun əvəzinə Mirkamil Əliyev və Rəhman Daşdəmirov daxil olurlar.

 

Matç bitdi. 

 

 

 

 

22 Fevral 2019
21 Fevral 2019
B.eÇ.aÇC.aCŞB