TOP 10

Vaqif Sadıqovun “Kəpəz”ə təyinatının səbəbi: “Həmin vəzifə müvəqqəti həvalə olunub”

Futbol
Tarix: 2019-01-25 14:50

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov "Kəpəz"in Müşahidə Şurasının üzvlüyünə qəbul edilib. AFFA İcraiyyə Komitəsinin üzvünün Gəncə təmsilçisinə təyinatı heç də birmənalı qarşılanmayıb.

 

AFFA-nın və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sport24.az-a açıqlamasında təyinatla bağlı məsələyə aydınlıq gətirib. O, Sadıqovun təyinatının müvvəqqəti olduğunu, zərurətdən yarandığını diqqətə çatdırıb: "Kəpəz"in əvvəlki rəhbərliyi öz istəyi ilə klubdakı fəaliyyətinə son verib. Faktiki olaraq klubun gündəlik işlərinin ləngiməməsi, müxtəlif sənədlərin vaxtında işlənib hazırlanması (maliyyə məsələləri, klubun əməkdaşlarının məvaciblərinin ödənilməsi və s) üçün Vaqif Sadıqova "Kəpəz"də həmin vəzifə müvəqqəti həvalə olunub. Mövsümün sonuna qədər AFFA tərəfindən Gəncə şəhər icra hakimiyyəti ilə birlikdə klubun idarəçiliyi, kimin təyin olunacağı ilə bağlı birgə müzakirə aparılaraq yekun qərar veriləcək".

 

 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB