TOP 10

Millimizin final mərhələsində rəqibləri bilindi

Voleybol
Tarix: 2019-01-23 15:42

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş tutan mərasimdə Azərbaycan millisinin rəqibləri bəlli olib.

 

Belə ki, millimiz Macarıstan, Hollandiya, Çexiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Bu qrupda matçlar Macarıstan paytaxtı Budapeştdə keçiriləcək.

 

Yarış ilk dəfə 24 yığmanın iştirakı ilə 4 ölkədə keçiriləcək. Ev sahibləri - Türkiyə, Polşa, Macarıstan və Slovakiya müvafiq olaraq A, B, C və D qruplarında yer alıblar.

 

Avropa çempionatının oyunları 23 avqust – 8 sentyabrda Ankara, Lodz, Budapeşt və Bratislavada keçiriləcək. Final və 3-cü yer uğrunda oyun Türkiyənin paytaxtında gerçəkləşəcək. Reqlamentə əsasən, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

 

Qeyd edək ki, 2017-ci il Avropa çempionatına Azərbaycan və Gürcüstan ev sahibliyi edib.

 

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB