TOP 10

"Qarabağ"ın Antalyada ilk qələbəsi əzmkar oldu

Futbol
Tarix: 2019-01-19 19:52

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Çexiya təmsilçisi "Bohemians"la üz-üzə gəlib.

 

Qarşılaşma Qurban Qurbanovun komandasının 3:1 hesablı əzmkar qələbəsiylə nəticələnib. Bu, "Qarabağ"ın Antalyada hazırkı toplanışında ilk qələbəsi olub. 


Qeyd edək ki, ağdamlılar yanvarın 23-də Polşanın "Piast", 26-da Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla da qüvvəsini sınayacaq. "Qarabağ" ilk sınaq matçında Macarıstanın "Uypeşt" klubuna uduzub – 0:1.


 

19 yanvar

Yoxlama oyunu

18:00. "Qarabağ" - "Bohemians" (Çexiya) - 3:1 

Qollar: F.Ozobiç, 36, D.Gerye, 62, A.Abdullayev, 90 - Y.Nekas, 15

 

"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Abdulla Zubir,  19. Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

 

"Bohemians": 30. Fristak Tomas, 4. Jindrisek Josef, 7. Reiter Rudolf, 10. Nekas Yakub, 12. Filip Hasek, 16. Martin Dostal, 17. Yan Vodhanel, 19. Yan Vondra, 21. Lukaş Pokorni, 28. Lukaş Hulka, 70. Vladislav Levin

 

Oyun başlandı.

15-ci dəqiqədə "Bohemians" hesabı açır - 0:1. 

19-cu dəqiqədə Zubir cərimə meydançasında rəqiblərindən sıyrılıb və boş qapı önündə dayanmış Mahirə ötürmə edir. Forvard isə 4 metrdən topu qapıdan aralı vurur.

36-cı dəqiqədə Almeydadan yumşaq hava ötürməsi və Ozobiçdən əla baş zərbəsi - 1:1.

İilk hissə bitdi - 1:1.

 

İkinci hissə başladı.

62-ci dəqiqədə Ozobiçin künc zərbəsindən ötürməsindən sonra Gerye başla qola imza atdı - 2:1

67-ci dəqiqədə Qurban Qurbanov bütün “11-liy”i dəyişir.

90-cı dəqiqədə Araz Abdullayev künc zərbəsindən ötürür və Simeon Slavçev fərqlənir - 3:1.

Qarşılaşma bitdi. "Qarabağ"ın Antalyada ilk qələbəsi əzmkar oldu. 

 

 

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB