TOP 10

“Neftçi” darmadağınla başladı

Futbol
Tarix: 2019-01-18 19:16

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, Roberto Bordinin çalışdırdığı komanda Rumıniya təmsilçisi "Qaz Metan"la qarşılaşıb.

 

Premyer Liqamızın qış çempionu rəqibini darmadağın edib. İkinci hissədə meydana çıxan gənc ön xətt oyunçusu Əli Şirinov qısa müddətdə etdiyi dublla böyükhesablı qələbədə əsas pay sahibi olub. 


Qeyd edək ki, “Neftçi" toplanış çərçivəsində ikinci matçını yanvarın 20-də İranın "İstiqlal" klubuyla keçirəcək.

 


18 yanvar

Yoxlama oyunu

17:30. "Neftçi" - "Qaz Metan" (Rumıniya) - 3:0 

Qollar: R.Hacıyev, 10, Ə.Şirinov, 75, 87

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 19.Jesse Sekidika, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (k), 36.Mamadu Kane, 77.Elvin Sərkərov.

 

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Qoran Paratski, 9.Baqali Dabo, 20.Elnur Süleymanov, 21.Məhəmməd Mirzəbəyov, 26.Ömər Buludov, 32.Mirkamil Əliyev, 70.Əli Şirinov, 95.Rəhman Daşdəmirov.

 

Oyun başlandı.

10-cu dəqiqədə Turalın əla cinah ötürməsini Rəhman möhtəşəm baş zərbəsi ilə uzaq küncə sancır - 1:0. 

35-ci dəqiqədə Krivotsyuku Mirzəbəyov əvəzləyir.

İlk hissə bitdi. "Neftçi" fasiləyə öndə yollandı. 

 

İkinci hissə başladı.

46-c dəqiqədə Ağayevi Məmmədov, Sərkərovu Mbodj, Abbasovu Dabo, Hacıyevi Buludov əvəzlədi.

65-ci dəqiqədə Ələsgərovun yerinə Şirinov meydana daxil oldu. 

74-cü dəqiqədə Jesseni Mirkamil əvəzləyir.

75-ci dəqiqədə "Neftçi" üstünlüyünü artırdı. Dabonun fərdi keçidi və yerlə ötürməsindən sonra Şirinov hesabı 2:0 edir. 

83-cü dəqiqədə Frederiko yerini Süleymanova verir. 

84-cü dəqiqədə Petrovu Daşdəmirov əvəzləyir. 

87-ci dəqiqədə Şirinov dubl edir - 3:0. 

24 Aprel 2019
23 Aprel 2019
B.eÇ.aÇC.aCŞB