TOP 10

Gürcüstan çempionu "Qəbələ"ylə müqavilə imzalamağa gəldi: "Ağıllı, texnikalı futbolçudu"

Futbol
Tarix: 2019-01-11 14:12

“Qəbələ” Gürcüstanın son çempionu “Saburtalo”nun hücumçusu Davit Volkovun transferini reallaşdırır. Əyalət təmsilçizimin baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında 24 yaşlı forvardın artıq Bakıya gəldiyini bildirib.

 

Qurbanov Volkovun tibbi müayinədən uğurla keçəcəyi halda, müqavilə imzalanmaqla keçidinin rəsmiləşəcəyini bildirib: "David baxdığımız hücumçular arasında ən çox diqqətimizi çəkən oldu. Gənc, ağıllı futbolçudu, yaxşı texnikaya malikdi. Universallğı ilə seçilir, həm hücumda, həm yarımmüdafiənin cinahlarında oynayır. Üstəlik, sərbəst futbolçudu ki, bu da maraqlarımıza uyğun gəlir".

 

Kutaisi "Torpedo"sundan da təklif olan Volkov sonda seçimi Azərbaycan klubunun xeyrinə edib.

 

Qeyd edək ki, "Qəbələ" qış fasiləsində hələ ki yalnız "Zirə"nin qapıçısı Anar Nəzirovu transfer edib. 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB