TOP 10

Qriqorçukdan ayrıldı, Tsxadadzenin yanına getdi

Dünya Futbolu
Tarix: 2019-01-11 14:00

Qazaxıstan "Astana" klubunun prezidenti postundan gedən Sayan Hamitcanov fəaliyyətini bu ölkənin digər Premyer Liqa təmsilçisində davam etdirəcək. Sport24.az xəbər verir ki, Hamitcanov "Ordabası"nın prezidentinin müşaviri təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

 

Maraqlıdı ki, Hamitcanov artıq 2-ci dəfədi ölkəmizdə baş məşqçi işləmiş, Premyer Liqamızın medalçısı olmuş mütəxəssislə birgə çalışacaq. Belə ki, Çimkənd klubunun baş məşqçisi "İnter"in gürcü sabiq çalışdırıcısı Kaxaber Tsxadadzedi. "Qəbələ"nin serbiyalı fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç də qış fasiləsində bu kluba baş məşqçinin köməkçisi vəzifəsinə gəlib. 

 

Qeyd edək ki, Hamitcanov "Astana"nın baş məşqçi postuna "Qəbələ"ylə mayda yollarını ayıran Roman Qriqorçuku gətirmişdi. Ukraynalı mütəxəssisin məhz bu prezidentin klubu tərk etməsindən sonra qayıdacağı bəlli oldu. 

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB