TOP 10

Almeyda “Qarabağ”la anlaşdı: sabah ilk məşqinə çıxacaq - İCARƏ ƏSASINDA

Futbol
Tarix: 2019-01-11 12:10

“Qarabağ” Riçard Almeyda məsələsini bitirdi. Sport24.az xəbər verir ki, 30 yaşlı futbolçu Ağdam təmsilçisində icarə əsasında çıxış edəcək. 

 

Braziliyalı oyunçu məxsus olduğu “Astana”dan 1 illik icarəyə götürülüb. Müqavilənin şərtlərinə əsasən “Qarabağ” 1 ildən sonra Almeydanı almaq hüququna sahib olacaq. Riçardın “Astana”yla müqaviləsi 2020-ci ilin iyununda başa çatır. 

 

Qeyd edək ki, artıq sabah Riçard Almeyda Antalyada təlim-məşq toplanışı keçən “Qarabağ”ın məşqində iştirak edəcək.
 

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB