TOP 10

Baş məşqçisi Dadaşovu aparıcı futbolçu sayır: "Artıq bilirəm ki, Rüfət əsas heyətdə oynayacaq"

Futbol
Tarix: 2019-01-11 12:12

Almaniyanın "Proyssen" klubunun baş məşqçisi Marko Antverpen Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşovdan söz açıb. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis  "Bild"ə açıqlamasında mövsümün ikinci yarısının hazırlıqları ilə bağlı danışarın hücumçumuz haqda da danışıb. "Yaxşı kollektivimiz var. Eksperiment etməyə vaxtımız yoxdu. Heyəti mövsümün əvvəlində formalaşdırmışıq. Müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı futbolçularımızdı.Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Həmin matçın heyətini artıq beynimdə qurmuşam. Artıq bilirəm ki, adını çəkdiyim futbolçular həmin matçda start heyətdə olacaq. Yoxlama oyunlarına isə digər futbolçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm".

 

Qeyd edək ki, "Proyssen" III Bundesliqada 29 xalla 7-ci pillədə qərarlaşır.


 

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB