TOP 10

Hakimlər və məşqçilər üçün seminar

Güləş
Tarix: 2019-01-10 22:51

Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək. Sport24.az xəbər verir ki, bununla bağlı bu gün yarışın keçiriləcəyi məkanda hakimlər və məşqçilər üçün seminar keçirilib.

Əvvəlcə Hakimlər Kollegiyasının sədri Qərib Əliyev ənənəvi turnirdə ədaləti qoruyacaq referilərə tövsiyələrini çatdırıb və yarışla bağlı ətraflı məlumat verib. 


Daha sonra baş tutan məşqçilərin seminarında Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Orxan Məmmədov və İdman şöbəsinin müdiri Yaqub Məmmədov da iştirak edib. Qonaq komandaların məşqçilərinin də qatıldığı tədbirdə AGF-nin baş katibi təlimatlarını verib, təşkilatçılıq məsələlərinə toxunub və gələcəkdə xatirə turnirində iştirakçı sayının daha da artacağına inam ifadə edib. İclas başa çatdıqdan dərhal sonra sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.


Xatırladaq ki, yanvarın 11-də sərbəst, ertəsi gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Yarış "İdman Azərbaycan" kanalı ilə nümayiş etdiriləcək.

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB