TOP 10

Rövşən Binnətlinin yubiley mərasimi keçirilib

Futbol
Tarix: 2019-01-10 18:00

Azərbaycanın tanınmış idman jurnalisti, hazırda "CBC Sport" telekanalında şef-redaktor vəzifəsində çalışan Rövşən Binnətlinin bu gün 60 illik yubiley mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı tədbirdə müxtəlif idman qurumlarının, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

 

Əvvəlcə yubileylə bağlı süjet nümayiş etdirilib. Çıxış edənlər - "CBC Sport" telekanalının baş direktoru Volkan Üst, vitse-prezidenti Azər Cavad Əliyev, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, "Neftçi"nin prezidenti Kamran Quliyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamnetinin müdiri Firuz Abdulla, Qarabağ müharibəsi veteranı Əkbər Rüstəmov, siyasi şərhçi Tofiq Abbasov, Olimpiya çempionları - Zemfira Meftahəddinova və videobağlantı ilə İqor Ponomaryov, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və digər rəsmilər ürək sözlərini və xatirələrini bölüşüblər.

 

Sonda Binnətli qonaqlara təşəkkürünü bildirib. .

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB