TOP 10

Fransa klubunda yeni baş məşqçi 

Dünya Futbolu
Tarix: 2019-01-10 16:18

Fransanın “Dijon” klubunun yeni baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan"ı Antuan Kombuareyə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, fransız mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalandığı bildirilib.


“Dijon” cari mövsümün sonunda Liqa 1-də qalacağı təqdirdə, Kombuarenin müqaviləsinin müddəti bir il də uzadılacaq.


"Dijon" bir müddət əvvəl baş məşqçisi Olivye Dall Ollyu ilə yollarını ayırmışdı. Komanda Liqa 1-də 16 xalla 18-ci pillədə qərarlaşıb.

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB