TOP 10

“Lester Siti”nin futbolçusu Super Liqa klubunda

Dünya Futbolu
Tarix: 2019-01-10 15:57

“Lester Siti”nin futbolçusu Fusseni Diabate karyerasını Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, 23 yaşlı vinger “Sivasspor” klubuna transfer olunub.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. Diabate mövsümün sonuna qədər icarə əsasında “Sivasspor”da forma geyinəcək.


Diabate 2018-ci ilin yanvarından “Lester Siti”də çıxış edir. Cari mövsümdə 10 qarşılaşmada iştirak edən malili futbolçu, bu oyunlarda bir dəfə fərqlənib.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB