TOP 10

Kapitan 100-ə çatdı

Dünya Futbolu
Tarix: 2019-01-10 14:35

“Real” İspaniya kubokunun 1/8 finalı mərhələsinin ilk oyunları çərçivəsində “Leqanes”i 3:0 hesabıyla məğlub edib. Sport24.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Belə ki, matçda penalti vuruşuyla hesabı açan Ramos, karyerası ərzində 100-cü qolunu vurub.


32 yaşlı müdafiəçi “Sevilya”da 3, İspaniya millisində 17, “Real”da isə 80 qol vurmağı bacarıb.


“Leqanes”lə “Real” arasındakı cavab oyunu 17 yanvarda keçiriləcək.

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB